Qızın valideynləri bilmədən kəbin kəsdirmək olarmı?

    03.01.2023
Sual: 
Salam aleykum. Sualımi tez cavablandirsaniz çox sevinerem çünki vacibdir. Menim isdedyim biri var . Onunla kebin kesmek isdrk amma hemen qızın qohumlarndan biri elçi gelmek isdirler qıza. Qız ne qeder etiraz etsede hemen qohumlara yenede el cekmirler. Bu halda men qızla dini kebine girsem olar? Qız meni isdr amma valdeyinlerine deye bilmir. Men onunla kebin kesem evli saylir. Evli birinə elçi gelmek düzgün olarmi?
Cavab: 

Va aleykum Salam. Kəbinin doğru sayılması üçün mütləq qızın vəlisinin (atasının, olmasa əmisinin və ya qadaşının) izni və iki şahid olmalıdır.  Peyğəmbər (salləllahu aleyhi va səlləm) belə demişdir: "Vəli və iki şahid olmadan nikah yoxdur". Başqa bir hədisdə isə: "Hər hansı bir qadın, vəlisinin izni olmadan nikah bağlayarsa, onun nikahı batildir, onun nikahı batildir, onun nikahı batildir" - deyə buyurmuşdur. Ətraflı oxuyun:

Nikah bağlamağın qaydaları
Kəbinin şərtləri hansılardır?

Teqlər: 
Paylaş: