"Gecənin xeyirindənsə, gündüzün şəri yaxşıdır" ifadəsi doğrudurmu?

    01.03.2023
Sual: 
Salam Aleykum. Gecəniz xeyirə qalsın,ve yaxudda gecənin xeyrindənsə gündüzün şəri yaxşıdır kelmesi, bunun evvelki cox Allahli xalqlarnan əlaqəsi varmi? Gecə tanrısı gündüz tanrisi ozlerine tanri goturenlerle.
Cavab: 

Va aleykum Salam. "Gecəniz xeyirə qalsın!" ifadəsi bir duadır və bu ifadəni işlətməkdə bir qəbahət yoxdur. 

"Gecənin xeyirindənsə, gündüzün şəri yaxşıdır" ifadəsinə gəlincə, bu ifadənin mənası İslama ziddir. Çünki hər bir halda şərr pisdir. Həm gecənin, həm də gündüzün xeyiri var və biz Allahdan hər ikisinin xeyirini diləyib, şərindən Allaha sığınmalıyıq.

Paylaş: