Sevmək və sevdiyinlə görüşmək günahdırmı?

    23.12.2013
Sual: 
Salam aleykum. Sevdiyin birile danishib, gorushmek umumiyyetle bu kimi sheyler, sevmek-sevilmek gunahdirmi?
Cavab: 
Aleykum salam. Sevmək günah yox, əksinə Allahın nemətlərindəndir. Rəbbimiz buyurur: "Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır". (ər-Rum, 21).
Evlənmək məqsədilə qadına baxmağa icazə verilir: Muğirə ibn Şöbə (Allah ondan razı olsun) bir qadına talib olduğunda Peyğəmbərimiz (Allahın ona və ailəsinə salamı və salavatı olsun) ona belə buyurmuşdur: "Ona bax, görüş. Çünki bu, aranızda sevginin davamına vəsilə olar". (ət-Tirmizi, ən-Nəsəi, İbn Məcəh).
Lakin naməhrəmlə yanında məhrəmi olmadan görüşmək olmaz: "Allaha və axirət gününə iman edən yanında məhrəmi, bir yaxını olmayan qadınların yanına girməsin. Çünki belə olduğu halda üçüncüsü şeytandır". (İmam Əhməd, 178; ət-Tirmizi, 2165; "İrva əl-Ğalil", 1813). Həmçinin oxuyun: Sevgililərin kəbinsiz görüşməsi günahdırmı?
 
Teqlər: 
Paylaş: