Oruc tutmağa qadir olmayan subay özünü zinadan necə qorusun?
Va aleykum Salam. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) evlənməyə imkanı olmayan kəslərə oruc tutmağı tövsiyə etmişdir. Çünki oruc tutan insan gözlərini, qulaqqlarını və dilini haramlardan qoruyur. Həmçinin həmin adamın cinsi tələbatı azalır. Əgər insan müəyyən səbəbdən oruc tuta bilmirsə, qoy digər şəri vasitələrdən (gözü haramdan çəkmək, ibadət, dua, zikri artırmaq, haramı yada salan vasitələrdən və yerlərdən mümkün qədər uzaq durmaq, zinanın zərərləri haqqında düşünmək, möminlərlə oturub-durmaq, camaat namazlarında iştirak etmək və s.) istifadə edərək, səbir edib mükafatını Allahdan diləsin. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurub: "Kim iffətli (həyalı, namuslu) olmaq istəyərsə, Allah onu iffətli edər. Kim səbrli olmaq istəyərsə, Allah onu səbirli edər. Kim də zəngin olmaq istəyərsə, Allah onu zəngin edər. Heç kəsə səbrdən daha xeyirli və geniş bir pay verilməmişdir". (əl-Buxari, 1469, 6470; Muslim, 1053). Həmçinin oxuyun: