Valideynlərin xəbəri olmadan kəsilən kəbin yenidən kəsilməlidirmi?

    23.09.2023
Kimdən: 
Ənvər
Sual: 
Salam aleykum.biz yoldasimla valideyinlərin xəbəri olmadan kəbin kesdirmisik.sonradan barisiq olub 3ildir evliyik.indi kebini yenilemek isteyirik bunun ucun qizin valideyinin iştiraki vacibdir ya sadece icaze verilse kifayetdir?
Cavab: 

Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, qızın vəlisinin (atası, qardaşı və ya əmisinin) izni olmadan kəsilən kəbin batildir və bu kəbin sayılmır. Kəbinsiz ailə qurmaq isə haramdır. Buna görə hər ikiniz tövbə etməlisininz, qızın valideynlərindən halallıq almalısınız və yenidən vəlinin izni və şahidlərin iştirakı ilə kəbin kəsdirməlisiniz. Əgər vəlinin izni varsa vəli özü iştirak etmədən, vəkalət verməklə kəbin kəsdirmək olar. Ətraflı oxuyun:

Valideynlərdən xəbərsiz nikah bağlamaq olarmı?

Valideynin razılığı ilə lakin onların iştirakı olmadan kəbin kəsdirmək olarmı?

Nəyə görə valideynin icazəsi olmadan kəbin kəsdirmək haramdır?

Teqlər: 
Paylaş: