"Allah amanında" sözünü işlətmək olarmı?
Sual:
Salam Aleykum.
Çox xahiş edirəm sualımı cavablandırasınız,əvvəlcədən təşəkkür edirəm.
Bir kəslə sağollaşarkən və.s. "ALLAH amanında" kəliməsini demək doğrudurmu,ümumiyyətlə bu sözdən istifadə doğrudurmu?
Cavab:
Va aleykum Salam. "Aman" sözünün mənası "əminamanlıq" deməkdir. "Allah amanında", yəni "Allahın əminamanlığı içində olasan!" deməkdir. Bu cümlə dua mənasını daşıdığı üçün onu deməkdə bir qəbahət yoxdur.