Bu il Ramazan ayı nə vaxt başlayacaq və qədr gecələri nə vaxta təsadüf edəcək?

    20.05.2014
Sual: 
Salam aleykum.Bu il Ramazan ayi ne vaxt bashlayacaq?Bes qedr geceleri ne vaxta tesaduf edir?
Cavab: 

Aleykum salam. Bu il Ramazan ayı inşallah İyun ayının sonunda başlayacaq. Hicri təqviminə əsasən ay 29 və ya 30 gün olduğundan Ramazan ayı göydə hilalın (yeni ayın əlamətinin) görünməsi ilə başlayır və Şəvval ayının hilalının görünməsi ilə sona yetir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Ramazandan əvvəl oruc tutmayın, onun hilalını görməklə oruca başlayın, Şəvval ayının hilalını görməklə də orucunuzu bitirin. Əgər bulud hilalı görməyinizə mane olarsa, onda ayın günlərini otuz hesab edin". (Sunən ət-Tirmizi). Bu hədisdən aydın olur ki, Ramazandan əvvəl gələn Şaban ayının 29-u hilalı (ayı) görmək mümkün olmasa, onda həmin ayı 30 günə tamamlayıb ertəsi gün oruc tutmağa başlanılmalıdır. Həmçinin, bu üsulla Ramazan ayının sonu təyin edilir.
Qədr gecəsinin dəqiq nə vaxt olacağı bilinməməkdədir. Qədr gecəsi Ramazan ayının axır on gününün tək gecələrindən birinə təsadüf edə bilər. Bu isə Ramazan ayının 21, 23, 25, 27 və 29-cu gecələrindən birində ola bilər. Odur ki, hər bir müsəlman bu gecələrdə ibadət edərək Qədr gecəsinə yetişməyə çalışmalıdır.    

Paylaş: