Allahın razılığı ən böyük nemətdir

    18.05.2014

Allah Elçisi - sallallahu aleyhi və səlləm - demişdir: “Allah Cənnət əhlinə buyuracaq: “Ey Cənnət əhli!”
Onlar: “Bu­yur, ey Rəbbimiz, əmrinə müntəzirik!”- deyə cavab verəcək­lər.
Allah soruşacaq: “Razı qaldınızmı?”
Onlar deyəcəklər: “Bizə nə olub ki, razı qalmayaq?! Axı Sən bizə, yaratdıqlarından heç kəsə vermədiyin nemətləri bəxş etmisən!”
Allah buyuracaq: “Mən sizə bundan da yaxşısını verəcə­yəm!”
Onlar deyəcəklər: “Ey Rəbbi­miz! Bundan yaxşı nə ola bilər ki?”
Allah buyuracaq: “Mən Öz rizamı sizə halal edirəm və bundan sonra Mənim sizə heç vaxt qəzəbim tutmayacaq”. (əl-Buxari, 6067).

Paylaş: