Aylıq qazancın onda birini sədəqə vermək dinimizdə buyurulubmu?

    23.09.2023
Sual: 
Salam aleykum Sualım belədirki, aldığımız maaşın 10-dan 1-ni vermək kimi sünnət varmı? Mən əvvəl daha çox edə bilirdim, indi xərclərim artığı üçün o qədər edə bilmirəm. Və özümü günahkar kimi və Allahın artıq məni sevmədiyini düşünürəm. Bunun vəsvəsə olub olmadığını bilmirəm. Və ya özümdə biraz çətində olanda sədəqə ayırmaq istəyirğm içimdəki səs indi sənin ehtiyacın var çox vermə deyir. Bunun bir hesablama tərzi varmı?
Cavab: 
Və aleykum Salam. Sədəqə vermək müstəhəb əməllərdəndir və dinimiz bu barədə hansısa bir məhdudiyyət qoymamışdır. Dinimizdə qazancın onda birini sədəqə vermək kimi bir sünnə yoxdur. Odur ki istədiyiniz qədər sədəqə ayıra bilərsiniz. Əgər ehtiyacınız varsa ilk növbədə öz ehtiyacınızı ödəyin. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Allah kimə bir xeyir nəsib edərsə, qoy bu xeyiri ilk növbədə özünə və ailə üzvlərinə sərf etsin" (Muslim, 1822). Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: