Cahiliyyət ölümü ne deməkdir?

    24.09.2023
Kimdən: 
Turan
Sual: 
Salam aleyküm. Cahiliyyet ölüsü ne demekdir? Cehennem aparır?
Cavab: 

Və aleykum Salam. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bir hədisdə belə buyurur: "Kim camaatdan ayrılıb rəhbərə itaətdən çıxarsa və bu halda ölərsə cahiliyyət ölümü ilə ölmüş olar" (Muslim, 1848). Başqa bir hədisdə Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə demişdir: "İçki pisliklərin anasıdır. Kim içki içərsə onun qırx günlük namazı qəbul olunmaz. Kim içkili halda ölərsə cahiliyyət ölümü ilə ölmüş olar" (Təbərani, 3810). Bu hədislərdə bu hallarda ölən insanın kafir kimi ölməsi nəzərdə tutulmur, cahiliyyət dövründəki insanların halı kmi ölməsi nəzərdə tutulur. 

Paylaş: