Boşandıqdan sonra kəbin kağızının ərimdə qalması yeni ailə qurmağıma maneə olurmu?

    25.05.2014
Kimdən: 
Səfa
Sual: 
Salam aleykum. Mənim 18 yaşım olanda Rusiyada yaşayan bir qohumuma ərə verdilər,bir müddət yaşayandan sonra anladımki bunun orda mənnən qabaq yaşadıqı qadını var imiş,mən biləndə dediki xoşun gəlir otur xoşun gəlmir get dədənin evinə,1 ildən sonra qayıtdım atam evinə,boşandıq amma kəbin olan sənədim orda qaldı və mənim onla hec bir əlaqəm yoxdur.Mən indi ikinci dəfə ailə qurmaq istəyirəm deyə bilərsizmi nə edim ki kəbinimiz pozulsun? mən 3 dəfə desəm boşanıram kifayət edərmi,yoxsa o da deməlidi? Mənə bir məsləhət verin xahiş edirəm.Cox saq olun
Cavab: 

Aleykuma salam. Əgər o sizdən boşanıbsa, bu artıq boşanma sayılır. Kəbin kağızının orada qalması isə heç nəyi dəyişmir. Siz indi ailə qurmaqda sərbəstsiniz. 

Teqlər: 
Paylaş: