Həyatda olan insana "Allah sənə rəhmət etsin!" deyə dua etmək olarmı?

    21.12.2023
Kimdən: 
Tural
Sual: 
Salamun Aleykum. Ölmemiş bir insana ( yaşayan insan) Allah seni rehmet elesin demek ne derecede düzgündür?
Cavab: 

Və aleykum Salam. "Allah rəhmət eləsin" duasının mənası "Allah sənə mərhəmət göstərsin" deməkdir. Bu duanı həm sağ adama, həm də ölən adama demək olar. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurub: "Sizdən biri asqırsa, "əlhəmdulilləh" yəni (həmd olsun Allaha!) desin. Qardaşı və ya dostu isə ona: "yərhəmukəllah" yəni (Allah sənə rəhm etsin!) desin. O da "Allah sənə rəhm etsin!" deyənə: "yəhdikumullahu va yuslihu bələkum"  yəni (Allah sizi doğru yola yönəltsin və işinizi avand etsin!) desin". (əl-Buxari 7/125).

Teqlər: 
Paylaş: