İmtahan verəcəyim gün orucumu aça bilərəmmi?

    28.05.2014
Sual: 
Salam aleykum.Men inshaAllah iyulun 20-si qebul imtahani vereceyem.Hemin gun Ramazan ayina tesaduf edir.Eger men hemin gunu oruc tutmushamsa,yola chixarken orucumu achmaliyammi?ve ya achmasam olarmi?
Cavab: 

Aleykum salam. Ramazan orucunu tutmaq – sağlam, ağıllı və həddi-buluğa çatmış hər bir müsəlmana fərzdir (vacibdir). Xəstə və səfərdə olanlar oruc tutmaya bilərlər. Onlar buraxdıqları orucu sonradan tutmalıdırlar. Uca Allah buyurur: "Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda oruc tutmalıdır". (əl-Bəqərə, 185).
Əgər imtahan verəcəyiniz yerə səfər edəcəksinizsə, ixtiyarınız öz əlinizdədir. İstəsəniz, tuta bilərsiniz, istəsəniz, orucu poza bilərsiniz. Lakin buraxdığınız günlərin orucunu gələn ilin Ramazan ayına qədər tutmalısınız. Əgər yaşadığınız yerdə imtahan verəcəksinizsə, buna görə orucu pozmaq olmaz.

Teqlər: 
Paylaş: