Oruclu ikən qadına toxunmaq və ya onu qucaqlamaq olarmı?

    04.04.2024
Kimdən: 
Kisi
Sual: 
Salam oruc olan zaman xanıma toxunub onu qucaqlamaq elini tutmaq olarmi?
Cavab: 

Və aleykum Salam. Əgər sualda naməhrəm qadınlar nəzərdə tutulursa, naməhrəmə toxunmaq haramdır və oruclu insan haram əməllərdən çəkinməlidir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kim yalan danışmaqdan və yalana əməl etməkdən əl çəkməsə, yeməyini və içməyini tərk etməsinə Allahın ehtiyacı yoxdur". (əl-Buxari, 1903). Naməhrəm qadına ehtirasla toxunmaq daha böyük günahdır. Həyat yoldaşına gəlincə, oruclu ikən həyat yoldaşına şəhvət hissi ilə toxunmaq orucu batil etməsə də savabını azaldır. Şəhvət hissi olmadan toxunmaq isə icazəlidir. Ətraflı oxuyun:

Ramazan orucu 

Teqlər: 
Paylaş: