Zəkatı Ramazan ayında çıxarmaq məqsədilə bir neçə gün gecikdirmək olarmı?

    08.04.2024
Kimdən: 
Vəli
Sual: 
Salam Aleykum. Zəkatla bağlı sualım var. Əgər zəkat miqdarına çatdıqdan sonra üstündən bir il keçmədən uyğun miqdarı çıxarmaq olarmı? Məsələn, zəkat miqdarına 28 fevralda çatmışam və bir hicri il gözləmədən 11 martda, yəni 1 ramazanda miqdarı çıxardım. Məqsəd zəkat çıxaracağım günü unutmamaq üçündür. Zəhmət olmasa, bununla zəkat fərzini yerinə yetirib-yetirilmədiyini bildirərdiniz. Allah elminizə bərəkət versin.
Cavab: 

Və aleykum Salam. Şəriətin üzrlü saydığı hallar (əgər kasıb tapılmazsa, və ya kasıba çatmağı gecikərsə və s.) istisna olmaqla, zəkatın çıxarma vaxtını gecikdirmək qadağandır. Lakin əgər müddət qısa olarsa (10-15 gün) Ramazan ayına salmaq məqsədilə gecikdirmək icazəlidir.

Teqlər: 
Paylaş: