İslam dininin neçə mərhələsi var?

    02.06.2014
Sual: 
Salam aleykum. İslam dininin neçə mertebesi var?
Cavab: 

Aleykum salam. İslam dinin üç mərtəbəsi var. Bu hədisdə də bildirilmişdir: Abdullah ibn Ömərin, atası Ömər ibn əl-Xattabdan (Allah onların hər ikisindən də razı olsun) nəql etdiyi bu hədis belədir: "Bir gün Rəsulullahın (salləllahu aleyhi və səlləm) yanında olduğumuz vaxt birdən yanımıza, paltarı dümağ, saçı qapqara bir şəxs çıxıb gəldi. Üzərində səfər əsəri görülmür, bizdən də özünü kimsə tanımırdı. Doğru peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına oturdu və dizlərini onun dizlərinə söykədi. Əllərini də baldırların üzərinə qoydu. Və:"Ya Məhəmməd! Mənə İslamın nə olduğunu söylə" dedi. Rəsulullah (salləllahu aleyhi və səlləm): "İslam; Allahdan başqa ilah olmadığına, Məhəmmədin də Allahın Rəsulu olduğuna şəhadət etməyin, namaz qılmaq, zəkat vermək, Ramazan orucunu tutmağın və gücün çatarsa Beyti həcc etməyindir" buyurdu. O şəxs: "Doğru söylədin" dedi. Atam dedi ki: "Biz buna heyrət etdik. Çünki həm soruşur, həm də təsdiq edirdi".
"Mənə imandan xəbər ver" dedi. Rəsulullah (salləllahu aleyhi və səlləm): Allaha, Allahın mələklərinə kitablarına, peyğəmbərlərinə və axirət gününə inanmaq, bir də qədərə, xeyirinə şərinə inanmağındır "buyurdu. O şəxs yenə: "Doğru söylədin" dedi. Bu səfər: "Mənə ehsan xəbər ver" dedi. Rəsulullah (salləllahu aleyhi və səlləm.):"Allaha Onu görüyormuşsun kimi ibadət etməyindir. Çünki hər nə qədər sən onu görmürsənsə də, o səni mütləq görür" buyurdu. O şəxs: "Mənə qiyamətdən xəbər ver" dedi. Rəsulullah (salləllahu aleyhi və səlləm) "Bu məsələdə özünə soruşulan, soruşandan daha çox məlumat sahibi deyil" buyurdu. "O halda mənə əlamətlərindən xəbər ver" dedi. Peyğəmbər (salləllahu aleyhi və səlləm): "Nökərləri öz sahibəsini doğurması və sadə ayaq, çılpaq, yoxsul qoyun çobanlarının bina etməkdə bir-birləriylə yarış etdiklərini görməyindir" buyurdu. Atam dedi ki: Bundan sonra o şəxs getdi. Mən bir müddət gözlədim. Sonunda Allah Rəsulu mənə: "Ya Ömər! O sual soruşan şəxsin kim olduğunu bilirsənmi?" Dedi. "Allah və Rəsulu bilər" dedim. "O Cəbrayıl (aleyhi-s-sələm) idi. Sizə dininizi öyrətməyə gəlmişdi" buyurdu. (əl-Buxari: "İman", 1; Muslim: "İman", 1).

Paylaş: