Evli ola-ola başqası ilə görüşmək

    23.12.2013
Sual: 
salam eger bir insan evlidir,fikirindede bashqa biri var ve onuda nece deyirler sevir heqiqeten, ve onunla gorushur bu gunah sayilirmi?
Cavab: 

Va aleykum Salam. Bəli, bu böyük günahlardandır. Uca Allah buyurur: "Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur!" (əl-İsra, 32).
İman gətirən, Allahdan qorxub pis əməllərdən çəkinənlər üçün isə Allah qatında qat-qat gözəl, əbədi mükafatlar gözləyir: "Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah dərgahındadır. De: "Sizə bunlardan daha yaxşısı barədə xəbər verimmi? Allahdan qorxanlar üçün Rəbbi yanında (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları, pak zövcələr və Allahın rizası vardır". Allah qullarını görür". (Ali İmran, 14-15).

Paylaş: