Ölülərdən və qeybdə olanlardan dua edib diləmək nə dərəcədə doğrudur?

    04.06.2014
Sual: 
Ölülərdən və qeybdə olanlardan dua edib diləmək nə dərəcədə doğrudur?
Cavab: 

Aleykum salam. Ölülərdən və ya qeybdə olanlardan dua edib diləmək şirkdir. Çünki dua bir ibadətdir. Buna yalnız Allah Təala layiqdir. Uca Allah buyurur: "...Sizin Ondan qeyri ibadət etdikləriniz bir çəyirdək qabığına belə sahib deyillər. Əgər siz onları çağırsanız (dua etsəniz), onlar sizin çağırışınızı eşitməzlər; eşitsələr də cavab verə bilməzlər. Özləri də qiyamət günü sizin şərik qoşduğunuzu danacaqlar...". (Fatir, 13-14).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kim Allahdan başqasına dua edib ölərsə, cəhənnəmə daxil olar". (əlBuxari).
Ölü insan dirilərin duasına möhtac olduğu halda, ondan necə dua edib istəmək olar? Sağ insan yaxşı işlər görüb, savab qazana bilir, amma ölmüş insanın bu dünyadan əməli kəsilib. Ona çatan yalnız duanın və sairənin savabıdır. Ölü onun üçün dua etdikdə sevinir. Əgər ölü özü duaya möhtacdırsa, ona dua edib diləmək nə dərəcədə doğru olar? Qeybdə olan özündən uzaqda olanı eşitmirsə, onun duasını necə qəbul edə bilər?!

Teqlər: 
Paylaş: