Xeyirxah əməllərin qəbul olunması üçün hansı şərtlər vardır?
Sual:
Saleh əməllərin qəbul olunması üçün hansı şərtlər vardır?
Cavab:
Aleykum salam. Saleh əməllərin qəbul olunması üçün şərtlər bunlardır:
1) Uca Allaha iman gətirmək və Onu tək tutmaq. Belə ki, müşrikin (Allaha şərik qoşan) əməli qəbul olunmur.
2) İxlas. Edilən əməldə Allahın rizasını güdmək.
3) Əməli Peyğəmbərin (salləllahu aleyhi və səlləm) dediyinə uyğun etmək. Allah Təala yalnız onun şəriəti ilə ibadət etmək. Əgər bu şərtlərdən biri olmazsa, əməl də rədd olunar. Uca Allah buyurur: "Onların etdikləri hər hansı bir yaxşı əməli Biz qəsdən havadan uçan dağınıq zərrələrə, toz dənələrinə döndərərik!" (əl-Furqan, 23).