Peyğəmbəri Allahın verdiyi məqamdan yüksək tutaraq tərifləməkdə həddi aşmaq olarmı?

    18.06.2014
Sual: 
Peyğəmbəri (s.a.v) Allahın bəxş etdiyi məqamdan uca tutaraq onu tərifləməkdə mübaliğə etmək olarmı?
Cavab: 

Aleykum salam. Heç şübhə yoxdur ki, Peyğəmbərimiz Muhəmməd (sallallahu aleyhi və səlləm) Uca Allahın yaratdıqları arasında ən şərəflisidir. Nəsranilər (xristianlar) Məryəm oğlu İsanı (Ona Allahın salamı olsun) tərifləməkdə ifrata vardıqları kimi, biz də, onu tərifləməkdə ifrata varmamalıyıq. Çünki Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bunu qadağan edərək demişdir: “Nəsranilər Məryəm oğlunu mədh (tərif) etdikləri kimi, məni mədh etməyin. Mən, sadəcə olaraq, Onun quluyam. Siz də mənə Allahın qulu və elçisi deyin”. (Buxari). 

Teqlər: 
Paylaş: