Dinimizdə itlərin satışı qadağandırmı?

    24.07.2024
Kimdən: 
Tövhid əhli
Sual: 
Salam Aleykum Va Raxmatullah Ümumiyyətlə itlərin satışı alveri dinimizdə günahdırmı? Zəhmət olmazsa açiqliyardiniz
Cavab: 

Və aleykum Salam. Bəli, dinimizdə itlərin satışı qadağandır. əl-Buxari "Səhih" əsərində Aun ibn Əbu Cuheyfədən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) itin və qan almağın müqabilində pul almağı qadağan etmişdir. (əl-Buxari, 2086).  Başqa bir hədisdə Əbu Məsud əl-Ənsari (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) itin müqabilində verilən pulu, zinakar qadının qazandığı pulu və kahinə verilən pulu götür­mə­yi qadağan etmişdir (əl-Buxari, 2237). 

Teqlər: 
Paylaş: