Ailəmin inandığı batil inanclara görə mən günah qazanırammı?
Və aleykum Salam. Bu cür etiqadlar dini bilgilərin olmamasından və savadsızlıqdan irəli gəlir. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Bir şeyin uğursuz olmasına inanmaq Allaha şərik qoşmaqdır". (Əhməd 1/389). Bir dəfə Allah Elçisinin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanında uğursuzluqdan söz açıldı. Peyğmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu haqda buyurdu: "Ən yaxşısı xeyrə yozmaqdır. Uğursuzluq düşüncəsi heç bir müsəlmanı yolundan ayırmasın! Uca Allahın gücü və qüdrəti hər şeyə yetər. Əgər xoşagəlməz bir şey görsəniz, bu duanı oxuyun: "Allahummə lə yəti bil-həsənəti illə əntə va lə yədfəus seyyiəti illə əntə və lə havlə və lə quvvatə illə bik". (Allahım! Xeyirlər ancaq Səndəndir, şəri də ancaq Sən uzaqlaşdıra bilərsən. Yeganə güc və qüvvət sahibi Sənsən, həqiqi güc və qüvvət Səndəndir)". (Əbu Davud: "Tibb", 24). Ailənizə bu etiqadın batil və xurafat olduğunu gözəl şəkildə izah etməkdə davam edin və bu yolda səbirli olun. Sözsüz ki, siz buna görə günah daşımırsınız. Sizin üzərinizə düşən yalnız izah etməkdir. Uca Allah buyurur: "Əgər üz çevirsələr, bil ki, sənin vəzifən ancaq aşkar təbliğ etməkdir" (ən-Nəhl, 82). İbn Kəsir (Allah ona rəhmət etsin) bu ayənin təfsirində demişdir: "Yəni əgər bu açıqlamadan və bu nemətləri xatırlatmadan sonra üz çevirsələr, onların etdiklərindən sənə hər hansı bir günah yoxdur, “bil ki, sənin vəzifən ancaq aşkar təbliğ etməkdir”, yəni sənin üzərinə düşən, yalnız açıq-aydın təbliğ etməkdir ki, sən də bunu yerinə yetirdin". Həmçinin oxuyuyn: