Başqasının əlindən şərab şüşəsini alıb sındıran buna görə təzminat ödəməlidirmi?
Və aleykum Salam. Sərxoşedici içki haram olsa da, bir müsəlmanın başqasının mülkü olan şərab şüşəsini əlindən alıb sındırması icazəli deyil. Fərq etməz istər şüşə sahibi müsəlman olsun, istər qeyri-müsəlman. Əgər belə bir əməl edərsə, o zaman təzminat ödəməlidir. Çünki İslam dini haram olsa belə, istənilən halda başqalarının malına təcavüz etməyi qadağan etmişdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur: "Sizdən biriniz pis bir işi görərsə, onu əli ilə dəyişsin, bacarmasa, dili ilə, bunu da bacarmasa, qəlbi ilə dəyişsin. Bu da ən zəif imandır". (Muslim, 175). Burada "onu əli ilə dəyişsin" deyildikdə, hakim, ailə başçısı və s. bu kimi ixtiyar sahibləri nəzərdə tutulur. İxtiyar sahibi olmayan isə dillə deməli, buna da gücü çatmasa ən azından qəlbi ilə bunu inkar etməlidir. Həmçinin bu düzgün çıxış yolu deyil, çünki içkini aldıqda haram olan bir şeyin ticarətinə kömək etmiş olursunuz.