Hamam və ayaqyoluna ehtiyac üçün deyil başqa məqsəd üçün girdikdə zikr etmək lazımdır?
Və aleykum Salam.
1) Bu cavabı oxuyun:
Öldükdən sonra orqanları bağışlamaq olarmı?
2) Alimlər bildirmişlər ki, ayaqyolu və ya hamama girərkən zikri deyərək Allaha sığınmağın müstəhəb olmasının səbəbi, Allaha sığınıb şeytanların şərindən qorunmaqdır. Çünki şeytanlar nəcasət olan yerlərdə və insanların ayıb yerlərinin açıldığı məkanlarda mövcud olur. Bu barədə hədislər də rəvayət olunur. Zeyd ibn Ərqam (Allah ondan razı olsun) Allah Elçisinin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurduğunu rəvayət edir: "Həqiqətən, bu ayaqyolu yerləri (şeytanların) toplaşdığı məkanlardır. Buna görə də, sizdən biri ayaqyoluna girərkən belə desin: ‘Əuzu billəhi minəl-xubusi vəl-xəbais’ (Kişi və qadın cinlərdən Allaha sığınıram).” (Əbu Davud, 6). Bu hikmət, ayaqyoluna yalnız ehtiyac üçün deyil, başqa bir səbəblə girən şəxs üçün də keçərlidir.
3) Bu cavabları oxuyun: