Bir malı kreditlə almaq üçün hansı şərtlər olmalıdır?
Sual:
Salam aleykum. 1.Yüksək məbləğli əşyanı faizsiz kreditlə almaq icazəlidirmi? Məsələn, Azərbaycanda bir sıra iri şirkətlər elektron məhsulları və ya ev əşyalarını faizsiz kreditlə satırlar. Ancaq əşyanın nağd alarkən qiyməti 1000 AZN-dirsə, faizsiz kreditlə 1400 AZN-ə satılır. Bu halda, qiymət artımı olduğu üçün faizsiz kreditlə almaq icazəlidir mi?
2. Bundan əlavə, faizsiz kredit müqaviləsində hansı şərtlərə icazə verilmir? Məsələn, 1 ay gecikmə halında faiz artımı tətbiq etmək kimi.
Allah razı olsun
Cavab:
Va aleykum Salam. Hər hansı bir əşyanın nağd alarkən bir qiymətə, kreditlə alarkən fərqli qiymətə satılması icazəlidir. Lakin əgər kreditlə satılan malların aylıq ödənişlərini gecikdirəndə üzərinə əlavə faiz gəlirsə, malı bu şərtlə satmaq şəriətlə qadağandır. Ətraflı oxuyun: