Qədr gecəsi hansı günə düşür və bu gecənin fəziləti nədir?

    13.06.2014
Sual: 
Salam əleykum . Sualım budur ki, qədr gecəsi nə vaxt girir. Birdə qədr gecələrinin fəziləti nədədir?
Cavab: 

Və aleykum Salam. Qədr gecəsi ramazan ayının bir gecəsidir. Qədr gecəsinin dəqiq nə vaxt olacağı bilinmir. Həmçinin, Qədr gecəsi hər ildə yerini dəyişə bilir. Səhih hədislərə əsasən Qədr gecəsi Ramazan ayının axır on gününün tək gecələrindən birinə təsadüf edir. Yəni, Ramazan ayının 21, 23, 25, 27 və 29-cu gecələrindən biri ola bilər. Həmçinin, Qədr gecəsinin ramazan ayının hansı gecəsinə təsadüf etməsi haqda Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurur: "Qədr gecəsini rama­zanın son on gecəsinin tək gecələrində – ayın axırına doqquz, yaxud yeddi, ya­xud da beş (gecə) qalmış axtarın". (Səhih əl-Buxari, 2021)Daha ətraflı:
Ramazan ayı və Qədr gecəsi haqqında ətraflı məlumat verə bilərsinizmi?

Teqlər: 
Paylaş: