Dinimizdə "rəcət" deyilən bir anlayış varmı?

    26.02.2025
Kimdən: 
Toğrul
Sual: 
Es Selemu aleykum, recet ne demekdir bu anlayış şielerde var bu haqdırmı? Elhi sunnede bele bir anlayış varmı?
Cavab: 

Və aleykum Salam. Dinimizdə "rəcət" deyilən bir anlayış yoxdur. Bəzi firqələrə görə "rəcət" insanın öldükdən sonra qiyamət günündən əvvəl dünyaya yenidən qayıdışıdır. Lakin Quran ayələrinə və Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) hədislərinə diqqət etsək görərik ki, öldükdən sonra Qiyamətdən əvvəl kiminsə dünyaya qayıdışı mümkün deyil, əksinə Quran və hədislər bunu inkar edir. Uca Allah buyurur: "Nəhayət, onlardan biri­nə ölüm gəl­­diyi zaman deyər: “Ey Rəb­bim! Mə­ni geri qaytar. Bəlkə, tərk etdiyim yax­şı əməlləri indi edəm”. Xeyr! Onun bu dedikləri an­caq boş bir sözdür. Onların arxa­sında diriləcək­ləri gü­nə qədər bər­zəx həyatı vardır". (əl-Muminun, 99-100).

Bu ayələr açıq şəkildə bildirir ki, heç kim dünyaya geri dönməz, əksinə, onların həyatı Qiyamət gününə qədər qəbirdə bərzəx aləmində davam edər. Ayə açıq şəkildə göstərir ki, onlar dünyaya qayıtmağı arzulayırlar ki, saleh əməl işləsinlər, lakin Uca Allah onların bu istəyini yerinə yetirməz.

Birinci ayədə keçən “Xeyr” sözü, onların geri qayıtmaq tələbinə rədd cavabıdır və bu istəyi qeyri-mümkün və uzaq bir şey kimi göstərir. Onun bu dedikləri an­caq boş bir sözdür ifadəsi isə ya bunun sadəcə dil ilə deyilmiş bir söz olduğunu, ya da bu sözün yalnız onun tərəfindən deyildiyini və heç kimin ona qulaq asmadığını bildirir.

Onların arxa­sında diriləcək­ləri gü­nə qədər bər­zəx həyatı vardır – burada "onların" əvəzliyi cəm halında işlədilib, yəni onların qarşısında, dünyaya qayıtmaqla aralarında bir maneə və sədd vardır ki, bu sədd Qiyamət günündə qəbirdən dirilməyə qədər davam edəcəkdir.

Uca Allah başqa ayələrdə belə buyurur: "Hər kəs ölümü dada­caq. Son­ra da Bizə qaytarıla­caq­sınız" (əl-Ənkəbut, 57).

"Allaha necə küfr edir­si­niz ki, siz ölü idiniz, O sizi di­riltdi?! Sonra O sizi öldürə­cək, sonra di­rildəcək, sonra da siz Ona qaytarı­la­caq­­sınız" (əl-Bəqərə, 28).

Teqlər: 
Paylaş: