İftar açarkən neçə xurmanın yeyilməsi önəmlidir?
Sual:
Salam. İftar açarkən neçə xurmanın yeyilməsi önəmlidir? Eşitmişəm ki tək olmalıdır.
Oruc tuta bilməyən şəxsin gəlir yeri yoxdursa kəffarəni necə ödəməlidir?
Cavab:
Və aleykum Salam. İftar açarkən xurma yemək müstəhəbdir. İftar vaxtı yeyilən xurmaların tək sayda olması şərt deyil. Üzrlü səbəbdən Ramazan orucunu tuta bilməyən şəxs hər günə görə bir kasıbı yedizdirməlidir. Kasıb yedizdirmək həm yemək verməklə, həm də ərzaq alıb verməklə yerinə yetirilir. Hər günə görə təqribən bir kilo yarım quru qida məhsulları (un, düyü, qarabaşaq, un məmulatları, mərcimək və s.) verməlidir. Əgər buna gücü etmirsə, bu halda onun üzərindən bu hökm götürülür. Ətraflı oxuyun:
Üzrlü səbəbdən oruc tuta bilməyən şəxsin kəffarə verməyə də imkanı yoxdursa, nə etməlidir?