Gecə yatmayan insan yatarkən deyilən zikrləri deməlidirmi?

    06.04.2025
Kimdən: 
K
Sual: 
Əssələmu Aleykum. Yatağa girendə zikrler var deyilmeli men geceni yatmiram deye o zikrleri oxumuram gunah yazilir mene? Bir yaxinimiz namaz qilir lakin dinini namazi hicabi destamzin ehkamlarini tam şekilde menimseməyib bilmir mende ona hicabi bele geyinmək lazimdi namazda bele etmek lazimdi dəye basa salmişam program da yuklemişem ki ordan baxsin oxusun yaxşi deyib. Lakin hal eyni haldi hicab taxir lakin şalvar geyinir sacini cox hundurden yigir lakin men bunlari ona başa salmisam gunah yazilir menede? Men anama oz telefonumu vermisdim elinde olan telefon yaxsi islemir deye lakin atamda istifade edir haram videolara musiqiye qulaq asir tiktoka baxir o her baxdiqca menedemi gunah yazilir ?
Cavab: 

Və aleykum Salam.

1) Yatağa girərkən deyilən zikrlər vacib deyil, müstəhəbdir. Bu zikrlər yatağa girərkən deyilir. Gecəni oyaq qalan insan isə bu zikrləri demir. 


2) Sizin üzərinizə düşən yalnız qarşı tərəfi səbirlə, hikmətlə günah əməllərdən çəkindirməkdir. Əgər o, bu əməllərdən çəkinməzsə, buna görə sizə günah yazılmır. Həmçinin oxuyun:


3) Telefonu ananıza verdiyiniz üçün bunun günahı artıq sizin üzərinizdən qalxmışdır. Sizin üzərinizə düşən atanızı gözəl şəkildə bu əməldən çəkindirməkdir. 

Teqlər: 
Paylaş: