Pişik quşa hücum etmək istəyirsə ona mane olmaq olarmı?

    03.06.2025
Kimdən: 
Bal
Sual: 
Salam bir nefer deyirki sen quşa merhemet etmedinse sənin ureyinde merhemet yoxdu deyir pişik gözün qabağında quş tutur yeyir yuvadan ve sair sen göz yumursan mende deyirem Allah pisikleri ele yaradıb onsuz tutacaq yeyecek ayrı yerde olsada ve sair deyir pişik quş tutur göz qabağında qusa merhemet etmemek yani pişiyi ordan qovmamaq günahdır mubahise etdi dedim Allah ruzi kimi pişik eziyyet çekib tutub niye alimki elinden obsem bu barede ne deye bielrsiniz
Cavab: 

Va aleykum Salam. Əgər bir insan pişiyin quşa və ya quş yuvasına hücum etdiyini görürsə ona mane olmalı, əvəzində isə imkan daxilində pişiyi başqa yeməklə yedizdirməlidir. Belə etməklə siz həm pişiyə, həm də quşa yaxşılıq etmiş olarsınız. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Hər bir canlıya edilən yaxşılığa görə savab vardır”. (əl-Buxari “Ədəbul-Mufrad”, 378). 

Paylaş: