Həzrət Əlidən (Allah ondan razı olsun) neçə səhih hədis rəvayət olunub?

    05.06.2025
Kimdən: 
Amin
Sual: 
Axşamınız xeyir. Sizə belə bir sualım var. Həzrət Əlidən neçə səhih hədis gəlib toplamda?
Cavab: 

Əssələmu aleykum. Əli ibn Əbu Talibin (Allah ondan razı olsun) Əhli Sünnə kitablarında rəvayət olunan hədislərinin sayı təxminən 586-dır. Bu rəqəmi məşhur hədis alimi İbn Həcər Əl-Əsqəlani (Allah ona rəhmət etsin) özünün "Əl-İsabah fi Təmyizis-Sahaba" adlı kitabında qeyd etmişdir. Bu hədislərdən:

Təxminən 20-si "Səhih əl-Buxari" və "Səhih Muslim" əsərlərində birlikdə gəlmişdir.

Təxminən 50–60 hədis yalnız "Səhih Muslim" əsərində,

Təxminən 20–30 hədis isə yalnız "Səhih əl-Buxari" əsərində rəvayət olunmuşdur.

Qalan hədislər isə “Musnəd Əhməd”, “Sünən ət-Tirmizi”, "Sünən Əbu Davud" və digər hədis mənbələrində yer almışdır. Həmçinin oxuyun:

Əli ibn Əbu Talib

Teqlər: 
Paylaş: