Endirim kuponu əldə etmək üçün müxtəlif emaillər vasitəsilə onlayn alış-veriş saytından sifariş etmək doğrudurmu?

    10.06.2025
Sual: 
Salam. 1.Online alışveriş saytından ilk dəfə məhsul sifariş edərkən müəyyən % endirim kodu verir. Mən ilk dəfə sifariş üçün olan endirim kodundan istifadə etmişdim. Lakin həmin profili silmişəm. Yeni bir email’lə qeydiyyatdan keçərkən mənə verilən ilkin endirim kodundan istifadə etməyim icazəli sayılır? 2. Xarici alış veriş saytında belə bir təklif verilir ki, emailini yaz və çarxı çevir. Çarxda məsələn 10,20,50 $ endirim kuponları var. Hansı seçilərsə ilk sifariş zamanı o qədər $ endirim edilir. Email yazaraq bunu etmək mümkün olur. Bunu etmək icazəlidir mi?
Cavab: 

Və aleykum Salam.

1) Belə etmək hiylə sayıldığına görə şəriətlə düzgün deyil. Çünki endirim ilk dəfə alan şəxsə aiddir. 

2) Bunda qeyri-müəyyənlik (ğarar) olduğu üçün belə etmək doğru deyil. 

Teqlər: 
Paylaş: