Heyvanları yemək məqsədilə kəsmək üçün müəyyən bir yaş həddi varmı?

    10.06.2025
Kimdən: 
N
Sual: 
Salam zəhmət olmasa sizdən bir şey soruşmaq istəyirəm. Hələ anasından əmən, 6 ayı olmamış quzuları anasından ayırıb satmaq və ya kəsmək olar mı ? Və əgər günahdırsa böyük günahdırmı ? İndidən təşəkkürlər
Cavab: 

Və aleykum Salam. İslam dini heyvanları yemək məqsədilə kəsmək üçün müəyyən bir yaş həddi qoymamışdır. Odur ki quzuları altı ay tatmam olmadan da yemək məqsədilə kəsmək icazəlidir. Yaş həddinin altı aydan yuxarı olması yalnız qurbanlıq qoyunlara aiddir. Ətlik üçün isə istənilən yaşda olan quzunu kəsmək icazəlidir. 

Teqlər: 
Paylaş: