Müsəlmanlara əziyyət verən kafirlərlə alış-veriş etmək icazəlidirmi?
Əssələmu aleykum. İslamda kafirlərlə alış-veriş etmək icazəlidir. Peyğəmbər (ona və ailəsinə Allahın slavatı və salamı olsun) yəhudilərdən alış-veriş etmişdir. (əl-Buxari, 2386; Muslim, 1603). Baxmayaraq ki, onun dövründə yəhudilər müsəlmanlara qarşı ən çox düşmənçilik edənlər idi. Uca Allah bu xüsusda buyurur: "İman gətirənlərə qarşı ən çox düşmənçilik edən insanların yəhudilər və müşriklər olduğunu görəcəksən" (əl-Maidə, 82). Hətta Peyğəmbərimizi (ona və ailəsinə Allahın slavatı və salamı olsun) də zəhərləməklə və ona sehr etməklə, bir neçə dəfə öldürməyə cəhd etmişlər. Odur ki alış-veriş etməyin icazəli olmasına əsaslanaraq müsəlmanlarla düşmənçilik edən kafirlərlə alış-veriş edənə, xüsusilə də ehtiyacı olan bir şeyi almaq üçün heç bir günah yoxdur.