Məktəb və ya universitetdən məzun olmaq münasibətilə yığışıb məclis keçirmək icazəlidir?
Sual:
Məktəbdən və ya universitetdən məzun olmağın məqsədi ilə yığışmaq, o günü keçirmək icazəlidir? (islami çərçivədən kənara çıxmamaq şərti ilə)
Cavab:
Əssələmu aleykum. Şəriətə müxalif əməllər (spirtli içki, müsiqi, qızlarla oğlanların bir yerdə olması və s.) olmamaq şərti ilə məktəb və ya universitetdən məzun olmaq münasibətilə yığışıb məclis keçirmək icazəlidir.