Kişi toy etmək əvəzinə sədəqə verə və ya heyvan kəsib paylaya bilərmi?

    25.07.2025
Sual: 
Salam Aleykum.1)Kisi toy etmek yerine sedeqe vere bilermi? Ya heyvan kesib imkani olmyanalara paylaya bilermi? 2)qiz ve oglan bir birilerini istəyir amma qizin hele 17 yasi olduğu üçün anasi ve atasi bunu behane edir qiz məktəbi bitirib 6 7 aya 18 yasi olacaq amma indiden danisib tanis olmaq istəyirlər amma valideynleri kebin kesmeye raziliq vermir bu halda onlara gunah yazilirmi? 3)qadın yaxin yere gederken evden tek cixa bilermi kend yerinde hansisa qohumu gile gede bilermi tek?
Cavab: 

Və aleykum Salam. 

1) Evlənərkən şəriətin qoyduğu qanunlar çərçivəsində (haram qidalar və məclislər olmadan, israfa yol vermədən) toy etmək müstəhəb əməldir və bu özü də bir ibadət və sədəqədir. Hətta bəzi alimlər ziyafət verməyin vacib olduğunu demişlər. Əli Fatimə (Allah onlardan razı olsun) ilə nişanlandıqda Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olaun) demişdi: "Bəy mütləq bir ziyafət verməlidir" (Əhməd, 175). Ətraflı oxuyun:


2) Nikah olmadan qızla oğlanın danışması, görüşməsi haramdır. Ətraflı oxuyun:


3) Qadın şəhər və ya kənd daxilində təhlükə və fitnə olmadığı təqdirdə evindən tək çıxa bilər. Qadağan olan məhrəmsiz səfərə çıxmaqdır. Ətraflı oxuyun:

Teqlər: 
Paylaş: