Əsr namazından sonra "ən-Nəbə" surəsini oxumağın fəziləti barədə səhih hədis varmı?
Sual:
Kim əsr namazından sonra “Nəbə” surəsini oxuyarsa, Allah-taala onun ruzisini artırar (qazancını bərəkətli edər) və ona dünya dağlarının ağırlığı qədər yaxşı əməllər yazılar. Qiyamət günü Allah-Təala onun başının hər tükünü nurlu edər. Cənnətdəki məqamını görmədən bu dünyadan getməz." Başqa bir rəvayətdə deyilir ki, "Hər kim "Nəbə" surəsini oxuyarsa, qiyamət günü ona soyuq şərbət verilər".
Bu doğrudurmu? qaynağı vardırmı?
Cavab:
Əssələmu aleykum. Qurandakı surələrin fəzilətləri yalnız səhih (mötəbər) xəbərlərlə sübut olunur. Səhih dəlili olmadan heç bir surəyə xüsusi fəzilət isnad etmək düzgün deyil. Sualda qeyd etdiyiniz əsr namazından sonra "ən-Nəbə" surəsini oxumağın fəziləti barədə səhih hədis yoxdur.