Pis yuxunu anaya danışmaq olarmı?

    26.11.2025
Sual: 
⸻ Salam aleykum. Mən bir yuxu görmüşəm və o yuxunu bir türlü unuda bilmirəm. Beynimdən çıxmır. Bilirəm ki, yuxunu yozmaq olmaz, sadəcə xeyirə yozmaq olar və heç kimə danışmasan, daha yaxşıdır. Yuxudan qorxaraq ayılandan sonra sol tərəfə tüpürüb, şeytandan Allaha sığındım. Amma buna baxmayaraq, heç kimlə bölüşə bilmədiyim üçün yuxu beynimdə daha çox yer edir, fikrimdən çıxmır, qorxum artır. Özümü pis yozmamağa məcbur etsəm də, istəmədən pis tərəfə yozuram. Sualım budur: heç olmasa bir nəfərlə, məsələn anamla, bu yuxunu bölüşsəm, bu pis yozmaq sayılar, ya yox? yada yuxuda ne gördüyümü burda bölüşsəm?
Cavab: 

Və aleykum Salam. Dinimiz heç bir halda pis yuxunu danışmamağı bəyənmir. Hətta ananız olsa belə gördüyünüz pis yuxunu danışmayın və unutmağa çalışın. Həmçinin oxuyun:

Yuxu haqqında

Paylaş: