Dörd-beş il ərzində qızılın zıkatını çıxarmayan bu illərin zəkatını çıxarmalıdırmı?
Sual:
Salam aleykum. İlk dəfə ibadət etməyə illər əvvəl başlamışam. Namaz qılmağa çalışırdım. Çox da məlumatlı deyildim. Yəni öyrənirdim.
Zəkat verməli olduğumu biləndən sonra sahib olduğum qızılların dəyərini təxminən hesablayıb zəkat vermişdim (hələ yeniyetmə olduğum üçün nə edəcəyimi bilmirdim və ətrafımda ibadət edən yox idi). Ancaq həmin ildən sonra zəkat vermədim. Laqeydsizlikdən. Düzünü desəm heç anlamırdım ki, zəkat vermək lazımdı.
Təxmini 4-5 ildi zəkat vermirəm, heç bilmirəm zəkat verəcək qədər qızılım var ya yox. (Hesablamalıyam)
1. Həmin qızılları satıramsa bu il üçün zəkat verməliyəm ?
2. Əvvəlki illərin də zəkatını verməliyəm? (Həmin qızıllardan ancaq satılacaq)
Cavab:
Və aleykum Salam. Uca Allah sizi Öz dinində sabit etsin! İbadətlərinizi qəbul etsin!
Zəkat yalnız yığılan pula və ya işlənməyən və dəyərli əşya kimi saxlanılan qızıla düşür. Əgər qızıl zinət əşyaları ara-sıra geyinilirsə, bu qızıla zəkat vürmək vacib olmur. Ümumən, istifadə olunmayan qızılın çəkisi 85 qramı keçirsə, həmin çəkinin 2.5%-i məbləğində zəkat verilməlidir. Bu barədə ətraflı oxuyun:
Ara-sıra işlənən qızıl zinət əşyalarına görə zəkat düşürmü?
Əgər sizdə olan qızıl istifadə olunmursa və nisaba çatıbsa (85 qramı keçirsə), bu qızıla zəkat düşür. Bu halda əvvəl verilməyən illər üçün də zəkat verilməlidir. Həmçinin oxuyun: