Allaha təvəkkül etmək nə deməkdir?

    26.06.2014
Kimdən: 
Revan
Sual: 
ALLAHA tevekkul etmek ne demekdir?
Cavab: 

Aleykum salam. Təvəkkül ərəb mənşəli söz olub lüğəti mənasına görə, "güvənmək, bir iş üçün bir şəxsi vəkil tutmaq, bir işi etibarlı adama həvalə etmək" deməkdir. Dini termin kimi "müsəlmanın bir işlə bağlı öhdəsinə düşən bütün vəzifələri yerinə yetirdikdən sonra nəticəni Uca Allaha həvalə etməsi və yalnız Ona güvənib arxalanması" anlamını daşıyır. İstər Qurani Kərimdə, istərsə də səhih hədislərdə təvəkkülə xüsusi yer verilmişdir. Təvəkkül imanın vacib şərti olub, kamil bir müsəlmanın ən önəmli vəsflərindən biridir: "Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz. Yox, əgər sizi zəlil edərsə, Ondan sonra kim sizə kömək edə bi­lər? Buna görə də möminlər yalnız Allaha arxalansınlar, Ona təvəkkül etsinlər!" (Ali İmran, 160).
"Həqiqi möminlər ancaq o kəslərdir ki, yanlarında Allah adı­ çəkiləndə, Onun heybət və əzəmətindən ürəkləri titrəyər, Al­lahın ayələri oxunanda imanları daha da artar və onlar ancaq Allaha təvəkkül edərlər". (əl-Ənfəl, 2).
"...(Yaxşı) əməl sahiblərinin mükafatı necə də gözəldir! O kəslərin ki, səbrli olmuş və yalnız öz Rəbbinə təvəkkül etmişlər". (əl-Ənkəbut, 58-59). 

"...Əgər möminsinizsə, Allaha təvəkkül edin!" (əl-Məidə, 23). 
"Məgər Allah Öz quluna kifayət etmirmi...?" (əz-Zumər, 36). 

 

Paylaş: