Heyvanların sümüklərinin tozundan hazırlanmış qablardan istifadə etmək olarmı?

    28.01.2026
Sual: 
Əssələmu aleykum. Bir qonşum deyir ki, üzərində "bone China" yazılan qabları almaq olmaz. Çünki, onlar heyvan sümüyünün tozundan hazırlanır və bu, donuz sümüyü də ola bilər. Mən bununla bağlı biraz araşdırma etdim, gördüm ki, "bone China" porselen (çini) qabların keyfiyyətli növüdür və həqiqətən də heyvan sümüyünün tozundan istifadə olunur. Əsasən mal, sığır sümüyündən istifadə olunduğu deyilir. Qabların üzərində adətən hansı heyvanın sümüyü olduğu qeyd edilmir. Və onun halal-haram olması ilə bağlı yekun birşey görmədim. Ona görə də soruşmaq istəyirdim ki, bu qabları istifadə etmək olarmı? Zəhmət olmasa ətraflı məlumat verərdiniz, Allah razı olsun
Cavab: 

Və aleykum Salam. Heyvanların sümüklərinin tozundan hazırlanmış qablar iki növdür:

Birincisi: yeyilməsi halal olan və şəriətə uyğun şəkildə kəsilmiş bir heyvanın sümüyü olarsa, bu halda heç bir problem yoxdur, çünki həm halal, həm də pakdır.

İkincisi: murdar heyvanın sümüyü olarsa, doğru olan görüş budur ki, sümük yandıqdan və külə çevrildikdən sonra pak sayılır. Çünki alimlərin üstün rəyinə görə, nəcis maddələr istihalə yolu ilə – yəni başqa bir maddəyə çevrildikdə – paklanmış olur. 

Paylaş: