Orucu açdıqdan sonra edilən günah orucun savabını azaldırmı?
Sual:
Salam Aleykum 1)Quranin uzerine temiz qalsin deye ortuk duzeldib uzerine kecirmek olarmi? 2)Niqabli qadına əlcək taxmaq vacibdirmi? 3)Orucu açdıqdan sonra edilen gunah orucun savabını azaldır?
Cavab:
Və aleykum Salam.
1) Quran Kitabı təmiz qalsın deyə örtük düzəldib üzərinə keçirmək icazəlidir. Hətta bu, bəyənilən bir əməldir. Uca Allah buyurur: "Hər kim Allahın ayinlərinə hörmət edərsə, (bilsin ki,) bu, qəlblərin təqvasındandır" (əl-Həcc, 32).
2) Ümumiyyətlə qadına niqab geyinmək və əlcək taxmaq vacib deyil. Fərq etməz istər niqab geyinən olsun, istər geyinməyən. Ətraflı oxuyun:
Qadına əlcək geyinmək müstəhəbdirmi?
3) Orucu açdıqdan sonra edilən günah orucun savabına təsir etməsə də savab əməldən sonra günah etmək yaxşı əlamət deyil. Bir ibadətin qəbul olmasının əlamətlərindən biri də budur ki, həmin ibadətdən sonra insan günahlardan uzaq dursun, tövbə etsin və digər saleh əməllərə yönəlsin. Ətraflı oxuyun: