Rəhbərlik işdən tez çıxmağıma izin verirsə, işdən tez çıxa bilərəmmi?
Sual:
Salam aleykum.
Rəhbər vəzifədə işləyən biri işdən tez çıxmağıma ya da işə gec gəlməyimə icazə verirsə bunları etmək mənə icazəlidi? Çünki iş rejimim müqaviləyə əsasən saat 8-5 arasıdı.
Cavab:
Və aleykum Salam. Əgər sizin davamiyyətinizə cavabdeh rəhbərlikdirsə və rəhbərlik sizə izin verirsə, bunun məsuliyyəti artıq rəhbərliyin üzərinə düşür.