Mən birini dəlicəsinə sevirəm və istəyirəm onun da mənə olan sevgisi azalmasın

    28.06.2014
Kimdən: 
ZARA
Sual: 
salam menim 16 yasim var birini delicesine svirem ve isteyirem ki onun sevgisi de azalmasin biz evlenek ne ede bilerem .sag olun
Cavab: 

Aleykum salam. Dəlicəsinə sevmək olmaz. Susuz insanın suyu, acmış insanın yeməyi, insanın öz övladlarını, yoldaşını, ata və anasını sevməsi və s. normaldır. Amma bu kimi şeylər Allahı sevməkdən, zikr etməkdən yayındırmamalıdır. Necə ki, Uca Allah buyurur: "Ey iman gətirənlər! Nə mal-dövlətiniz, nə də oğul-uşağınız sizi Allahın zikrindən yayındırmasın! Hər kəs bunu etsə belələri əsl ziyana uğrayanlardır". (əl-Munafiqun, 9).
Namaz qılaraq Allaha çoxlu dua edin. Əgər günaha batmadan sevginizi davam etdirmək istıyirsinizsə, bu məsələdə halallıq yalnız ailə qurmaqdadır. Ailələləriniz tanış olub danışsınlar və əgər razılığa gəlsələr, kəbin kəsdirib evlənə bilərsiz.

Teqlər: 
Paylaş: