Ziyarətgahlara getmək olarmı?

    28.06.2014
Sual: 
salam aleykum.men esitmisem ki ocaqlara,pirlere getmek gunahdir.bu ne derecede duzgun hesab edilir??Allah sizden razi olsun!!
Cavab: 

Aleykum salam. Pirlər və ocaqlar insanlar tərəfindən uydurulan, Allah Təaladan qeyrisi üçün edilən ibadət yerləridir. Pənah aparmaq, dua etmək, nəzir demək, qurban kəsmək kimi hər hansı ibadət növünü Allahdan qeyrisi üçün etmək Uca Allaha şərik qoşmaqdır. Bu isə günahların ən böyüyüdür. Uca Allah buyurur: "Şübhəsiz ki, Allah Ona şərik qoşmağı bağışlamayacaq. Bundan başqa olan daha kiçik günahları isə istədiyi kimsəyə bağışlayacaqdır. Allaha şərik qoşan şəxs əlbəttə ki, dərin bir azğınlığa düşmüşdür". (ən Nisa, 116).
Daha ətraflı: Pirləri ziyarət etmək doğrudurmu?

Teqlər: 
Paylaş: