Keçən il Ramazan orucunun bütün gün tutulmalı olduğunu bilmədiyim üçün yalnız 3 gün oruc tutmuşamsa, qalan günlərin qəzasını tutmalıyam?
Sual:
Salam alekum keçən il mən islamla tanış idi ama tam elmli deyildim keçən il oruc tutmuşdum elə bilirdim keçən il oruc tutanlar neçə gün istəyir o qədər tuta bilər soradan islamla dərindən elmli oldum bu il isə tam bütün günü oruc tutdum indi keçən il tam bilmirdim oruc bütün günü tutulmalı 3 gün tutmuşdum deyə keçən ilin oruclarını qəza etməliyəm yoxsa yox?
Cavab:
Va aleykum Salam. Ramazanın vacibliyini bilib, amma orucun gün ərzində tam tutulmalı olduğunu bilməyərək onu tərk edən şəxs tam tutmadığı günləri qəza etməlidir. Bir şeyin hökmünü bilməmək günahı aradan qaldıra bilər, lakin qəzanı aradan qaldırmır. Odur ki, qalan günlərin qəzasını tutmağınız daha doğru və ehtiyatlıdır. Çünki Ramazan orucunun hər günü müsəlmana ayrıca fərz olan bir ibadətdir. Buna görə, məsələn, 30 günlük Ramazandan yalnız 3 gün tutulubsa, 27 gün qəza edilməlidir. Həmçinin oxuyun: