Hədisdə "iki lövhə arasında olan kitab" ifadəsi ilə hansı kitab nəzərdə tutulur?

    18.08.2026
Kimdən: 
Amin
Sual: 
Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: “Sizə iman gətirməyə nə mane ola bilər ki? Allahın Elçisi aranızda və sizə səmadan vəhy gətirir. Sizdən sonra elə qövm gələcək ki, onlara iki lövhə arasında kitab gələcək, ona iman gətirib, içindəkilərə əməl edəcəklər. Onlar savab baxımından sizdən daha üstündürlər (bunu iki dəfə təkrarladı)”. (ət-Tabərani “Mucəmul-Kəbir” 3460; Silsilə əs-Səhihə, 3310). Burda kitab deyərkən Peyğəmbər hansı kitabı nəzərdə tutmuşdur.
Cavab: 

Əssələmu aleykum. Bu hədisdə "iki lövhə arasında olan kitab" dedikdə, alimlərin izahına görə həm Qurani-Kərim, həm də Peyğəmbərin ﷺ hədisləri nəzərdə tutulur. Peyğəmbər ﷺ səhabələrə xitab edərək bildirir ki, onlar vəhyin nazil olduğu, Peyğəmbəri ﷺ canlı gördükləri bir zamanda iman gətirirlər, sonrakı insanlar isə Peyğəmbəri ﷺ görmədən Qurana və Peyğəmbərin ﷺ hədislərinə iman edib onun hökmlərinə əməl edəcəklər. "İki lövhə arasında" ifadəsi Quranın sonrakı nəsillərə mushaf halında yazılı şəkildə çatdırılmasına və hədislərin kitablara yazılmasına işarə edir ki, bu da Peyğəmbərin ﷺ möcüzələrindən biridir. 

Paylaş: