Nəvə vəfat etmiş nənəsi üçün ümrə edə bilərmi?

    23.08.2026
Sual: 
Salam aleykum.Menim nenem(atamın anası) rehmete gedib.Men nevesi olaraq onun adından ümre ede bilerem?
Cavab: 

Və aleykum Salam. Uca Allahdan nənəniz üçün bağışlanma diləyirik! Bəli, ölən insanın nəvəsi onun yerinə ümrə və həcc edə bilər. Həmçinin ölən insana dua etmək, adından sədəqə vermək, habelə onun adından həcc və ümrə etmək icazəlidir. Allahın Elçisi (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Öləndən sonra kişiyə ən xeyirli olan bu üç şeydir; onun üçün dua edən (bağışlanma diləyən) əməlisaleh övlad, mükafatı kəsilməyən sədəqə və özündən sonra qoyub getdiyi faydalı elm". (Muslim, 1631). Həmçinin oxuyun:

Övlad vəfat etmiş valideyninə nə yaxşılıq edə bilər?

Paylaş: