Gecikmə halında faiz tutulması şərti olduğu halda faizsiz taksit kartından istifadə etmək icazəlidirmi?

    24.08.2026
Kimdən: 
Günay
Sual: 
Salam aleykum. Bankdan kredit kartı götürmüşəm. Aylıq faizsiz taksitlərə bölən çox sayda mağazalar var. Lakin bir şərtlə ki, aylıq taksiti geciktirmədən ödəmək lazımdır. Əgər, geciktirsəm o zaman faiz gəlir. Yəni, 6 ilə yaxındır istifadə edirəm. Heç vaxt geciktirməmişəm amma, bir nəfərdən eşitdim ki, kart geciktirmə zamanı faizi şərti ilə verildiyi üçün istifadəsi icazəli deyil. Zəhmət olmazsa, yardımcı ola bilərsiz? Əgər, istifadəsi doğru deyilsə tez kartı ləğv edim. Allah daha xeyirli qapılar açan, asanlaşdırandır inşallah
Cavab: 

Və aleykum Salam. Əgər kartın müqaviləsində gecikmə zamanı faiz tutulacağı şərti varsa, hətta heç vaxt gecikdirməsəniz belə, bu kartdan istifadə etmək icazəli deyil. Odur ki ən doğru yol kartı bağlamaq və faiz şərti olmayan alternativ kartdan istifadə etməkdir. Həmçinin oxuyun:

Kreditə pul götürmək və alış-veriş kartları haqqında

Teqlər: 
Paylaş: