"Tək səbir" inancı barədə nə deyə bilərsiniz?

    03.09.2026
Sual: 
Salam Tək sabır inacı haqqda nə deyə bilərsiniz?
Cavab: 

Və aleykum Salam. Əgər “tək asqırmaq uğursuzluq gətirir” inancını nəzərdə tutursunuzsa, bu, xurafat və batil inancdır. İslamda bir insanın tək asqırmasının uğursuzluq gətirməsinə dair heç bir şəri dəlil yoxdur. Peyğəmbər ﷺ buyurmuşdur: "Pis əlamət yoxdur, ən gözəl şey (bir hadisəni) xeyrə, yaxşı yerə yozmaqdır". (əl-Buxari: "Tibb", 44; Muslim: "Salam", 102). Buna görə tək asqırmağı uğursuzluq əlaməti hesab etmək olmaz. İnsan belə düşüncələrə əhəmiyyət verməməli və Allahdan başqa heç bir şeyi uğur və ya uğursuzluğun müstəqil səbəbi hesab etməməlidir. Həmçinin oxuyun:

Uğursuzluq barədə

Bəd əlamətlərə inanma! 

Teqlər: 
Paylaş: